Azərbaycan Respublikasının televiziya və radio işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında televiziya və radio sahəsinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

“Əməkdar jurnalist”

  • Əzimova Mətanət Əlirasim qızı
  • Hüseynov Murad Məhəmməd oğlu
  • Xəlilov Vüqar Nəriman oğlu
  • İsgəndərov Sahil Məmməd oğlu
  • İsmayılov Rasim Mustafa oğlu
  • Qafarova Aynurə Vəli qızı
  • Məhərrəmova Afət Telman qızı
  • Məmmədli Mahir Rafət oğlu
  • Məmmədova Gözəl Dağbəyi qızı.

“Əməkdar mədəniyyət işçisi”

  • Babayev Faiq Həsənağa oğlu
  • Əsgərov Mahəddin İsax oğlu
  • Fərəcov Ənvər Çingiz oğlu
  • Hacıyev Ramin Zahid oğlu
  • Həsən-zadə Rövnəq İmran oğlu
  • Şahbazov Hikmət Məmmədağa oğlu
  • Vəliyev Vüqar Tariyel oğlu.

“Əməkdar incəsənət xadimi”

  • Axundov Vasif Hafis oğlu.

“Əməkdar artist”

  • Cəfərov Səbuhi Aslan oğlu.

“Əməkdar mühəndis”

  • Ağalarov Faiq Seyidağa oğlu
  • Seyidov Nofəl Rəsul oğlu.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 noyabr 2019-cu il.