“Media haqqında” Qanun layihəsinin ictimai dinləmələri çərçivəsində növbəti müzakirə keçirilib

22 dekabr 2021-ci il tarixində Medianın İnkişafı Agentliyində Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və İnsan hüquqları komitəsinin sədri Zahid Orucun iştirakı ilə “Media haqqında” Qanun layihəsinin növbəti müzakirəsi keçirilmişdir.

Müzakirədə millət vəkili Qüdrət Həsənquliyev, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, Turan İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyev, “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev, APA İnformasiya Agentliyinin təsisçisi Vüsalə Mahirqızı, media hüququ üzrə ekspert Ələsgər Məmmədli, həmçinin bir sıra media subyektlərinin nümayəndələri çıxış etmişlər.

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov və Milli Televiziya və Radio Şurasının sədri İsmət Səttarov görüşdə səsləndirilən sualları ətraflı cavablandırmış, rəy və təkliflərə münasibətlərini bildirmişlər. “Media haqqında” Qanun layihəsinin müzakirələri davam etdirilməkdədir. 

 

Məqalə və fotonun mənbəyi: Medianın İnkişafı Agentliyi