Milli Televiziya və Radio Şurası və “El TV” dəyirmi masa keçirdi.

"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"na uyğun olaraq Milli Televiziya və Radio Şurasının nümayəndələri bu dəfə Yevlax şəhərində fəaliyyət göstərən və mərkəzi razyonların ərazisində yayımlanan regional televiziya kanalı olan "El TV"-də olmuşlar. Görüşlər çərçivəsində 18 dekabr 2021-ci il tarixdə kanalın proqram və xəbər departamentlərinin əməkdaşları ilə dəyirmi masa təşkil olunmuşdur.

Dövlət proqramına uyğun olaraq narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında qanunvericiliyin müddəalarının və tələblərinin əhaliyə izah edilməsi və vətəndaşlar arasında ictimai maarifləndirmə məqsədilə təbliğat işinin təşkilində regional medianın, o cümlədən, televiziya kanallarının rolu və bu sahədə mövcud olan maliyyə və texniki problemlər müzakirə olunmuşdur.

Müzakirələr zamanı Şura nümayəndələri kanal əməkdaşlarının yayımın təşkili və proqrama verilən tələblərlə bağlı suallarını cavablandılmışlar.