Milli Televiziya və Radio Şurasının təhsil və elmi-maarifləndirici ümumrespublika televiziya kanalının açılması üçün elan etdiyi müsabiqəyə sənəd qəbulu başa çatmışdır.

07 iyul 2021-ci il tarixdə ixtisaslaşmış (təhsil və elmi-maarifləndirici) ümumrespublika televiziya kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadası ərazisində SD yayım üçün 48-ci TV kanalı, HD yayım üçün 34-cü TV yayım kanalı) 07 iyun 2021-ci il tarixdən 07 iyul 2021-ci il tarixədək Milli Televiziya və Radio Şurasının elan etdiyi müsabiqə üçün sənəd qəbulu başa çatmışdır.

Müsabiqə çərçivəsində 6 iddiaçı Şuraya sənədlərini təqdim etmişdir:

  1. "APA Mark" MMC;
  2. "Təhsil TV" MMC;
  3. "Balans Studiyası" MMC;
  4. "İNS ÇM" MMC;
  5. "İsti Press" MMC
  6. "Medical Media" MMC

"Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanunun 19.1-ci maddəsinə əsasən, Milli Televiziya və Radio Şurası müsabiqəyə sənəd qəbulunun başa çatmasından sonrakı 30 gün ərzində iddiaçıların sənədlərini araşdırıb müsabiqənin nəticələri barədə qərar qəbul etməlidir.