Milli Televiziya və Radio Şurasının 31 may 2021-ci il tarixli 08/1 saylı Qərarı

Bakı şəhəri  

Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 25 iyun 2002-ci il tarixli 345-IIQ saylı Qanununun 15-ci maddəsinin tələblərini rəhbər tutaraq qərara alır:

  1. İxtisaslaşmış (təhsil və elmi-maarifləndirici) ümumrespublika televiziya kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadası ərazisində SD yayım üçün 48-ci TV kanalı, HD yayım üçün 34-cü TV yayım kanalı) 07 iyun 2021-ci il tarixdən 07 iyul 2021-ci il tarixədək müsabiqə elan edilsin.
  2. Müsabiqə barədə rəsmi dövlət qəzeti olan “Xalq qəzeti”ndə və Milli Televiziya və Radio Şurasının internet informasiya resursunda (veb-saytında) elan yerləşdirilsin.

 

İsmət  Səttarov

Sədr