Milli Televiziya və Radio Şurasının 24 may 2021-ci il tarixli 07/4 saylı Qərarı

Bakı şəhəri  

Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası "Alternativ Tele-Radio" MMC-nin (ARB Ulduz TV) yayımının bir il ərzində 60 gün əsassız həyata keçirilmədiyini nəzərə alaraq, "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 23.2.7-ci maddəsinin tələblərini rəhbər tutaraq qərara alır:

  • "Alternativ Tele-Radio" MMC-ə regional televiziya yayımı üçün verilmiş 01 mart 2012-ci il tarixli, 087 qeydiyyat nömrəli lisenziyanın qüvvəsinə xitam verilsin.

 

 İsmət  Səttarov

Sədr