Milli Televiziya və Radio Şurasının 24 may 2021-ci il tarixli 07/3 saylı Qərarı

Bakı şəhəri   

Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası "Mingəçevir" Televiziya və Radio Şirkətinin (Mingəçevir TV) yayımının bir il ərzində 60 gün əsassız həyata keçirilmədiyini nəzərə alaraq, "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 23.2.7-ci maddəsinin tələblərini rəhbər tutaraq qərara alır:

  • "Mingəçevir" Televiziya və Radio Şirkətinə regional televiziya yayımı üçün verilmiş 15 sentyabr 2011-ci il tarixli, 075 qeydiyyat nömrəli lisenziyanın qüvvəsinə xitam verilsin.

  

İsmət  Səttarov

Sədr