Milli Televiziya və Radio Şurasının 24 may 2021-ci il tarixli 07/2 saylı Qərarı

 

Bakı şəhəri  

Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası "Kaspi Global" MMC-nin (Dalğa TV) yayımının ardıcıl olaraq 30 gündən artıq müddətdə həyata keçirilmədiyini  nəzərə alaraq, "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 23.2.7-ci maddəsinin tələblərini rəhbər tutaraq qərara alır:

  •  "Kaspi Global" MMC-yə peyk yayımı üçün verilmiş 14 noyabr 2017-ci il tarixli, 155 qeydiyyat nömrəli lisenziyanın qüvvəsinə xitam verilsin.

 

 

İsmət  Səttarov

Sədr