Milli Televiziya və Radio Şurasının 19 mart 2021-ci il tarixli 04/1 saylı Qərarı

Bakı şəhəri     

 

Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının 25 iyun 2002-ci il tarixli 345-IIQ saylı Qanununun 11.1.4-cü maddəsinin tələblərini rəhbər tutaraq qərara alır:

  1. "ARB" televiziya kanalının (ARB TV) Bakı şəhəri və Abşeron yarımadası ərazisində 31-ci TV yayım kanalında HD formatında yayımlanması təmin edilsin.
  2. Bakı şəhəri və Abşeron yarımadası ərazisində 31-ci TV yayım kanalının yayım paketində aşağıdakı ardıcıllıq təmin olunsun: 
  • ARB TV (HD)

  • ARB 24 TV (HD)

  • "ATV Plus" kabel yayımçısının retranslyasiya etdiyi televiziya kanalları.            

 

  

İsmət  Səttarov

Sədr