Milli Televiziya və Radio Şurasının Qarabağda yeni regional radio kanalının açılması üçün elan etdiyi müsabiqəyə sənəd qəbulu başa çatmışdır.

Bugün 12 mart 2021-ci il tarixdə Milli Televiziya və Radio Şurasının Qarabağda yeni regional radio kanalının açılması üçün 102,7 MHs işçi tezliyinə 10 fevral 2021-ci il tarixdən 12 mart 2021-ci il tarixədək elan etdiyi müsabiqə üçün sənəd qəbulu başa çatmışdır. Müsabiqə çərçivəsində 7 iddiaçı Şuraya sənədlərini təqdim etmişdir:

  1. "Real Təhlil İnformasiya Mərkəzi" MMC;
  2. "Caspian İnternational Broadcasting Company" MMC;
  3. "Balans Studiyası" MMC;
  4. "İNS ÇM" MMC;
  5. "İsti Press" MMC
  6. "Azad Azərbaycan" Müstəqil Teleradio kompaniyası
  7. "ARB 24" MMC

"Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanunun 19.1-ci maddəsinə əsasən, Milli Televiziya və Radio Şurası müsabiqəyə sənəd qəbulunun başa çatmasından sonrakı 30 gün ərzində iddiaçıların sənədlərini araşdırıb müsabiqənin nəticələri barədə qərar qəbul etməlidir.