Milli Televiziya və Radio Şurasının 05 mart 2021-ci il tarixli 03/1 saylı Qərarı

Bakı şəhəri                                                                                                 

 

Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının 25 iyun 2002-ci il tarixli, 345-IIQ saylı Qanununun 30-cu, "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının 15 mart 2016-cı il tarixli, 176-VQ nömrəli Qanununun 22.1-ci maddəsini, "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının 15 mart 2016-cı il tarixli, 176-VQ nömrəli Qanununun 2 nömrəli Əlavəsinin 5.8-ci bəndini, "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının 04 dekabr 2001-ci il tarixli, 223-IIQ nömrəli Qanununun 22.0.39.8-ci maddəsini, Azərbaycan Respublikası Prezidentinin 05 oktyabr 2002-ci il tarixli 795 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə"nin 8.6-cı bəndini rəhbər tutaraq qərara alır:

  1. "ULTRA TV" Məhdud Məsuliyyətli Cəmiyyətinə abonentlərinin sayı 5000-dək olan kabel şəbəkəsi yayımı (yayımın üsulu – internet) üçün müddətsiz lisenziya verilsin.
  2. "ULTRA TV" Məhdud Məsuliyyətli Cəmiyyətindən abonentlərinin sayı 5000-dək olan kabel şəbəkəsi yayımı (yayımın üsulu – internet) üçün nəzərdə tutulmuş 1500 (min beş yüz) manat məbləğində rüsumun dövlət büdcəsinə köçürülməsi təmin olunsun.

 

      

İsmət  Səttarov

Sədr