Milli Televiziya və Radio Şurasının 08 fevral 2021-ci il tarixli 02/2 saylı Qərarı

Bakı şəhəri                                                                                       

 

Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 25 iyun 2002-ci il tarixli 345-IIQ saylı Qanununun 15-ci maddəsinin tələblərini rəhbər tutaraq qərara alır:

  1. Regional (Dağlıq Qarabağ və ətraf ərazilər) radio kanalının açılması üçün 102,7 MHs işçi tezliyinə 10 fevral 2021-ci il tarixdən 12 mart 2021-ci il tarixədək müsabiqə elan edilsin.
  2. Müsabiqə barədə rəsmi dövlət qəzeti olan “Xalq qəzeti”ndə və Milli Televiziya və Radio Şurasının internet səhifəsində elan yerləşdirilsin.

 

 

İsmət  Səttarov

Sədr