Milli Televiziya və Radio Şurasının 29 dekabr 2020-ci il tarixli 13/3 saylı Qərarı

Bakı şəhəri

Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 25 iyun 2002-ci il tarixli 345-IIQ nömrəli Qanununun 14.1-ci maddəsini, “Lisenziyalar və icazələr haqqında” 15 mart 2016-cı il tarixli 176-VQ nömrəli Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsini, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının 04 dekabr 2001-ci il tarixli 223-IIQ saylı Qanununun 22.0.39.3-cü maddəsini, Azərbaycan Respublikası Prezidentinin 05 oktyabr 2002-ci il tarixli 795 saylı Fərmanı ilə təsdiq edilmiş “Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 8.6-cı və 9.6-cı bəndlərini rəhbər tutaraq qərara alır:

1. Dağlıq Qarabağ və ətraf ərazilərdə yerüstü yayımın həyata keçirilməsi üçün “Caspian İnternational Broadcasting Company” MMC-yə (CBC TV) regional televiziya yayımı üçün müddətsiz lisenziya verilsin.

2. “Caspian İnternational Broadcasting Company” MMC regional televiziya yayımı üçün nəzərdə tutulmuş 1500 (min beş yüz) manat məbləğində rüsumun dövlət büdcəsinə köçürülməsini təmin etsin.

3. “Caspian İnternational Broadcasting Company” MMC (CBC TV) Dağlıq Qarabağ və ətraf ərazilərdə yerüstü yayımlanmaq üçün SD formatlı sosial paketə daxil edilsin.

 

İsmət Səttarov

Sədr