Milli Televiziya və Radio Şurasının 4 noyabr 2013-cü il tarixli 08/3 saylı Qərarı

Bakı şəhəri

Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ saylı Qanununun 22.3-cü maddəsini, “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanın 33.9-cu bəndini rəhbər tutaraq QƏRARA ALIR:

1. «Azad Azərbaycan Müstəqil Tele-radio Kompaniyası»nın kabel şəbəkəsi yayımı (teleradio yayımı) üçün xüsusi razılıq (lisenziya) müddəti daha 6 il uzadılsın.

2.  «Azad Azərbaycan Müstəqil Tele-radio Kompaniyası»ndan 3000 (üç min) manat məbləğində rüsum tutularaq dövlət büdcəsinə köçürülsün.

 

Nuşirəvan Məhərrəmov

Sədr