Milli Televiziya və Radio Şurasının 27 dekabr 2013-cü il tarixli 10/1 saylı Qərarı

                                             
Bakı şəhəri                                                                                                                                                                                                                 

Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası “Qrant haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 05 oktyabr tarixli 795 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 8.20-ci bəndini və “Azərbaycan Respublikasında milli televiziya filmlərinin istehsalına maliyyə yardımının göstərilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2013-ci il tarixli Sərəncamının tələblərini rəhbər tutaraq QƏRARA ALIR:

Milli teleserialların çəkilişi məqsədilə “Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyası”, “Lider TV və Radio Azərbaycan” MMC, “Space Müstəqil Teleradio Kompaniyası”,  “Xəzər TV” MMC və “ANS Müstəqil Yayım və Media Şirkəti”nə hər birinə birdəfəlik müqavilə bağlanılması yolu ilə 400 000 (dörd yüz min) manat məbləğində maliyyə vəsaiti (qrant) ayrılsın.
 

 
Nuşirəvan Məhərrəmov

Sədr