EPRA - Yayım Tənzimliyici Orqanlarının Avropa Platforması

1995-ci ilin aprelində Maltada təsis olunan Yayım Tənzimliyici Orqanlarının Avropa Platforması (European Platform of Regulatory Authorities – EPRA) aşağıdakı məqsədləri güdən qeyri-formal bir forumdur:

  • Yayım sahəsində Tənzimləyici Orqanlar arasında fikir mübadiləsi və müzakirələr;
  • Milli və Avropa yayım tənzimləmə qanunvericiliyinin ümumi məsələləri barədə informasiya mübadiləsi;
  • Yayım qanunvericiliyinin təfsir və tətbiqində olan hüquqi problemlərin praktiki həllinin müzakirəsi.

EPRA – yayımçıların müvafiq mövzular üzrə geniş müzakirələr aparmaq üçün açıq bir şəbəkədir. Hal-hazırda Avropanın 54 yayım tənzimləmə orqanı EPRA-nın üzvüdür. Avropa Komissiyası, Avropa Şurası, Avropa Audiovizual Rəsədxanası, ATƏT-in Media Azadlığı üzrə Nümayəndəliyini bu şəbəkənin daimi müşahidəçiləridir. EPRA Konfransı ildə iki dəfə (adətən yazda və payızda) hər dəfə bir yayım tənzmiləyici qurumun dəvəti ilə toplanır. EPRA-nın Katibliyi Fransanın Strasburq şəhərində Avropa Audiovizual Rəsədxanasının binasında yerləşir.

Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası 2007-ci ildən etibarən EPRA-nın üzvüdür.