"Azərbaycan Respublikasında televiziya işçilərinin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında" Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda televiziyanın inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslər "Tərəqqi" medalı ilə təltif edilsinlər:

  • Ağayev Yusif Hüseyn oğlu
  • Bayramov Eldost Əlövsət oğlu
  • Bünyadzadə İsmət Fuad oğlu
  • Əliyev Ədalət Hüseyn oğlu
  • Əliyeva Telli Pənah qızı
  • Hüseynov Mirzə Əlinağı oğlu
  • Qasımov Rafiq Səmid oğlu
  • Qasımov Sərhəd Rəhmət oğlu
  • Məhərrəmov Nuşirəvan Umud oğlu
  • Məmmədov Əli Məmməd oğlu
  • Mustafayev Vahid Fuad oğlu
  • Zeynalov Şahan Talıb oğlu

 

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 noyabr 2008-ci il

№ 25