"Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında" Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda televiziya və radio yayımı sahəsindəki səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif edilsinlər:

  • Ağayeva Kifayət Alay qızı
  • Xudat-zadə Fikrət Əhməd oğlu
  • Qaraşov Rafail Buruza oğlu

 

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 oktyabr 2012-ci il

№ 2471