Kabel (İPTV) yayımçısı (operatoru) tərəfindən retranslyasiya olunan kanallar

Azərbaycan Respublikasında Milli Televiziya və Radio Şurasından alınmış lisenziya əsasında fəaliyyət göstərən kabel yayımçıları (kabel şəbəkəsi və IPTV operatorları) öz paketlərində retranslyasiya olunacaq yerli və xarici kanalların siyahısını müstəqil olaraq təyin edirlər. 

Qeyd: Azərbaycan Respublikasında ümumölkə yerüstü yayımı həyata keçirən bütün televiziya kanalları kabel yayımçılarının (kabel şəbəkəsi və IPTV operatorlarının) paketlərində məcburi yayımlanmalıdır.