Yayımın proqram konsepsiyasının doldurulmasına dair izahat

1. Yayımın proqram konsepsiyası müəyyən forma (əlavə olunur) üzrə çap şəklində doldurulur.

2. Blank doldurmaq üçün zəruri olan əsas anlayışlar:

  • Şəxsi istehsal olan proqramlar - dövlət və xarici istehsal olan  materiallara əsasən öz şəxsi texniki vəsaiti hesabına və öz qüvvəsi ilə hazırlanmış, eləcə də sifarişlər əsasında (şəxsi vəsait hesabına ödənilmiş) hazırlanmış və müddətsiz istifadə əsasında  əldə edilmiş proqramlar;
  • Ölkə istehsalı olan proqramlar - şəxsi istehsal olan proqramlar, eləcə də  digər teleradio yayımçılarının məhsulları  (göstərmək hüququ əldə etməklə);
  • Xarici istehsal olan proqramlar - xarici yayım şirkətlərinin ödənişsiz verlişlərinin, eləcə də şərtləri müqavilə ilə razılaşdırılan və  retranslasiya üçün əldə edilən və birdəfəlik göstərmək üçün alınmış (o cümlədən, tərcümə edilmiş bədii və sənədli filmlər) xaricdə istehsal olunmuş  proqramlar.

3. Yayımın əsas bölmələri:

  • İnformasiya proqramları - xəbər və informasiya proqramları;
  • Xüsusi informasiya proqramları – bir profil üzrə xəbərlər yığını (moda, idman, kriminal, avtomobil, kənd təsərrüfatı və s.);
  • Analitik-informasiya proqramları - auditoriya üçün əhəmiyyəti olan hadisələrin gündəli, həftəlik və ya aylıq təhlil, analitika və ya şərh proqramları;
  • Sosial proqramlar – auditoriya qarşısında konkret nümunələr üzrə sosial problemlər qoyan və onun həllinə çalışan proqramlar
  • Mədəni-maarifçilik proqramları – mənəvi dəyərlərə, elmə, incəsənətə, musiqiyə və tarixə həsr olunmuş, eləcə də bu sahədə müasir axtarışları əks etdirən proqramlar;
  • Uşaq proqramları – əsas məzmunu məktəbəqədər və yeniyetmə şəxslərə uyğunlaşdırılmış proqramlar; 
  • Musiqi proqramları – milli və (və  ya) əcnəbi musiqiləri özündə əks etdirən proqramlar;
  • Əyləncəli proqramlar – intellektual-əyləncəli oyunlar, tok-şou, musiqi, sirk, estrada və s. əks etdirən proqramlar;
  • Bədii və ya sənədli filmlər;
  • Reklam xarakterli proqramlar.