Milli Televiziya və Radio Şurasının 20 may 2020-ci il tarixli 8/2 saylı Qərarı

Bakı şəhəri           

Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ saylı Qanununun 11.1.4-cü maddəsinin tələblərini rəhbər tutaraq qərara alır:

Danaçı (Zaqatala rayonu) Radio-televiziya yayım stansiyasından kodlanmış yerüstü rəqəmli televiziya yayımının həyata keçirilməsi üçün 24, 37 və 39-cu TV yayım radiokanalları ayrılsın.

  

İsmət  Səttarov

Sədr