Milli Televiziya və Radio Şurasının 20 aprel 2020-ci il tarixli 04/1 saylı Qərarı

Bakı şəhəri                                                                                            

Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası “ARB” televiziya kanalının efirində yayımlanan “Elgizlə izlə” verilişində əxlaqdan kənar leksik (söyüş) məzmunlu informasiya yayımlanmasına görə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının 21 oktyabr 2005-ci il tarixli, 1036-IIQ saylı Qanununun 53-56-cı maddələrini, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ saylı Qanununun 11.5.3-cü, 23.1-ci, 39.6-cı maddələrini, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 05 oktyabr tarixli 795 saylı Fərmanı ilə təsdiq edilmiş “Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 8.11-1-ci bəndini rəhbər tutaraq qərara alır:

1. “ARB” televiziya kanalının efirində 21 aprel 2020-ci il tarixdə proqramların yayımı 6 saatlıq müddətədək (saat 10:00-dan saat 16:00-dək) dayandırılsın.

2. “ARB” televiziya kanalı, ona tətbiq edilmiş müvafiq məsuliyyət tədbirinin məzmunu barədə məlumatı Şura tərəfindən müəyyən edilmiş vaxt ərzində (saat 10:00-dan 16:00-dək) özünün efirində yayımlamalıdır. 

3. Qərarın qüvvəyə mindiyi gündən 30 gün müddətində qərardan Bakı İnzibati Məhkəməsinə şikayət verilə bilər.

 

İsmət  Səttarov

Sədr