Milli Televiziya və Radio Şurasının 5 fevral 2020-ci il tarixli 02/1 saylı Qərarı

Bakı şəhəri                                                                                              

Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası Azərbaycan Respublikası Prezidentinin 2002-ci il  05 oktyabr tarixli 795 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 9.3-cü bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 dekabr tarixli 1713 nömrəli Sərəncamının 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə qərara alır:

1. “Yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar"ın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının 10 aprel 2015-ci il tarixli 04/3 nömrəli Qərarı (2-ci hissə istisna olmaqla) ləğv edilsin.

2. Şura Aparatının Hüquq və beynəlxalq əlaqələr şöbəsinə tapşırılsın ki, bu Qərarın surətinin 3 (üç) gün müddətində Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin. 

3. Qərarın icrasına nəzarət Şura Aparatının Hüquq və beynəlxalq əlaqələr şöbəsinin müdiri Nemət Cavadova tapşırılsın.

 

Nuşirəvan Məhərrəmov

Sədr