Uşaqların internetdən təhlükəsiz istifadəsi üçün YADDAŞ

  • Hec bir zaman öz adınızı, telefon nömrənizi, yaşadiğınız və oxuduğunuz ünvanları, kredit kartların nömrələrini və ya parollarını, asudə vaxtının keçirmə yerini və sevimli istirahət yerlərini bildirməyin.
  • Şəxsi məlumatı, o cümlədən, oxuduğunuz məktəb, tez-tez getdiyiniz və ya getməyi planlaşdırdığınız yerin adlarını bildirməyən, seksual işarəsi olmayan neytral nik addan istifadə edin.

  • Kompüterdən istifadə zamanı sizi nə isə qorxudursa, dərhal onu söndürün. Bu barədə valideynlərə və ya başqa böyüklərə danışın.

  • Sizi internetdə pərt edən və həyəcana salan hər bir hadisə haqqında böyüklərə danışın.

  • Spamları və istənilməyən məktubları bloka salmaq məqsədi ilə hər zaman elektron poçtunuzda filtrdən istifadə edin.

  • İnternetdə tanış olduğunuz insanlar ilə heç bir zaman görüşməyə razı olmayın. Bu cür təkliflər barədə dərhal valideynlərinizə danışın.

  • Kimsə sizə şəxsi və ya seksual xarakterli sual verdikdə həmin şəxslə elektron poçtda, sms mübadiləsi sistemlərində, çatlarda bütün əlaqəni kəsin. Bu barədə valideynlərə danışın.