SMART TV Plus

"Şam" MMC-nin Nizamnaməsi 05.05.2004-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazırliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı bölgə şöbəsi tərəfihndən qeydityyata alınmışdır.

Milli Televiziya və Radio Şurasının 10 aprel 2009-cu il tarixli qərarı ilə "Aliksoft" şirkətinə verilmiş lisenziyanın dəyəri şirkət tərəfindən ödənilmədiyindən həmin şirkətə xüsusi razılıq (lisenziya) verilməsi barədə qərar ləğv edilmiş və "Şam" MMC-yə kabel, efir-kabel televiziya yayım fəaliyyıti ilə məşğul olmaq üçün 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilmişdir. Milli Televiziya və Radio Şurasının 10 aprel 2015-ci il tarixli qərarı ilə "Şam" MMC-nin kabel şəbəkəsi yayımı üçün xüsusi razılıq (lisenziya) müddəti daha 6 il uzadılmışdır.

“Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2015-ci il tarixli 713 nömrəli Fərmanının 5.1-ci bəndinə uyğun olaraq lisenziyalar müddətsiz hesab edilmişdir.

 

Ünvan: Bakı şəh. Teymur Əliyev küç., 67/71

Tel:  (+99412) 4362128

Fax: (+99412)4363240