AİLƏ TV

"Sky Max" Məhdud Məsuliyyətli Cəmiyyəti 2007-ci ildə yaradılmışdır. "Sky Max" Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsi 06 mart 2007-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı bölgə şöbəsi tərəfindən qeydiyyata alınmışdır.

Milli Televiziya və Radio Şurasının 17 aprel 2007-ci il tarixli qərarı ilə "Sky Max" MMC-yə kabel, efir-kabel televiziya yayımı fəaliyyəti ilə məşğul olmaq üçün 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilmişdir. Milli Televiziya və Radio Şurasının 04 noyabr 2013-cü il tarixli qərarı ilə "Sky Max" MMC-nin kabel şəbəkəsi yayımı üçün xüsusi razılıq (lisenziya) müddəti daha 6 il  uzadılmışdır.

20 noyabr 2014-cü il tarixdən "Caspian Telecom" Məhdud Məsuliyyətli Cəmiyyəti "Sky Max" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi varisi olmuşdur. Milli Televiziya və Radio Şurasının 15 yanvar 2015-cü il tarixli qərarı ilə "Sky Max" MMC-nin adına verilmiş kabel şəbəkəsi yayımı üçün xüsusi razılıq (lisenziya) sənədi "Caspian Telecom" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına rəsmiləşdirilmişdir.

“Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 713 nömrəli Fərmanının 5.1-ci bəndinə uyğun olaraq lisenziyalar müddətsiz hesab edilmişdir.

 

Ünvan: Bakı şəhəri, Dilarə Əliyeva küç. 251A. AZ1010
Telefon: (012) 920, (012) 490 23 33
Faks: 496 82 03
E-poçt: info@aile.tv