AL-BAX TV

"NEPTUN" Məhdud Məsuliyyətli Cəmiyyəti kabel televiziyası 01 dekabr 2006-cı il tarixdə fəaliyyətə başlamışdır. "NEPTUN" Məhdud Məsuliyyətli Cəmiyyətinin ilk nizamnaməsi 27.05.1999-cu il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı bölgə şöbəsi tərəfindən qeydiyyata alınmışdır. Milli Televiziya və Radio Şurasının 27 iyul 2011-ci il tarixli qərarı ilə "NEPTUN" Məhdud Məsuliyyətli Cəmiyyətinin kabel televiziyası yayımı üçün xüsusi razılıq (lisenziya) müddəti daha 6 il uzadılmışdır.

21 may 2014-cü il tarixdə "NEPTUN" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına verilmiş xüsusi razılıq (lisenziya) sənədi "ALBAX TV" MMC-nin adına rəsmiləşdirilmişdir.

"Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2015-ci il tarixli 713 nömrəli Fərmanının 5.1-ci bəndinə uyğun olaraq lisenziyalar müddətsiz hesab edilmişdir.

 

 

Telefon: (012) 480 35 35

www.albax.tv