BBTV

"Baku and Boston TV Communication" kabel televiziyası 1997-ci il tarixdən fəaliyyətə başlamışdır. "Baku and Boston TV Communication" MMC-nin Nizamnaməsi 24 sentyabr 2004-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı bölgə şöbəsi tərəfindən qeydiyyata alınmışdır. Milli Televiziya və Radio Şurasının 17 aprel 2007-ci il tarixli qərarı ilə "B&B TV Communications" MMC-yə Azərbaycan Respublikasının bütün ərazisində kabel, efir-kabel yayım fəaliyyəti ilə məşğul olmaq üçün 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilmişdir. Milli Televiziya və Radio Şurasının 05 noyabr 2013-cü il tarixli qərarı ilə "B&B TV Communications" MMC-nin Azərbaycan Respublikasının ərazisində kabel şəbəkəsi yayımı üçün xüsusi razılıq (lisenziya) müddəti daha 6 il uzadılmışdır.

"Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 713 nömrəli Fərmanının 5.1-ci bəndinə uyğun olaraq lisenziyalar müddətsiz hesab edilmişdir.