Naxçıvan Dövlət Radiosu

Naxçıvanda yerli radio 1930-cu ildən fəaliyyət göstərir. 1 aprel 1932-ci il tarixdə Naxçıvan Radio Verilişləri Komitəsi yaradılmışdır. 1963-cü ildə muxtar respublikada televiziyanın fəaliyyətə başlaması ilə komitə Naxçıvan MSSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsi, 5 mart 1969-cu ildə Naxçıvan  MSSR Nazirlər Soveti yanında Dövlət Radio və Televiziya Verilişləri Komitəsi, 5 may 1971-ci ildə Naxçıvan MSSR Nazirlər Soveti yanında Televiziya və Radio Verilişləri Dövlət Komitəsi və 26 dekabr 1978-ci ildə isə Naxçıvan MSSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsi adlandırılıb. Hazırda  Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsi kimi fəaliyyət göstərir. Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının 11 iyun 2008-ci il tarixli qərarı ilə Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə (Naxçıvan Dövlət Radiosu) xüsusi razılıq (lisenziya) verilmişdir.

“Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2015-ci il tarixli 713 nömrəli Fərmanının 5.1-ci bəndinə uyğun olaraq lisenziyalar müddətsiz hesab edilmişdir.

 

Ünvan: Naxçıvan şəhəri, İstiqlaliyyət küç, 82

Tel: (0136) 44 07 11

Fax: (0136) 44 07 10