Milli Televiziya və Radio Şurasında "BBC World Service" nümayəndələri ilə görüş keçirilmişdir.

Milli Televiziya və Radio Şurasında "BBC World Service" nümayəndələri ilə görüş keçirilmişdir. Şura sədri BBC ilə əməkdaşlığa xüsusi önəm verdiyini və qarşılıqlı əməkdaşlıqdan hər iki tərəfin faydalanacağına ümid etdiyini bildirmişdir. Görüşdə BBC-nin Azərbaycan Respublikasının digər bölgələrində də yayımının təmin edilməsi ilə bağlı zəruri tədbirlərin görülməsi məqsədəmüvafiq hesab edilmişdir. Şura sədri "BBC World Service"in iş üzrə meneceri Gema Hayman və "BBC World Service"-in FM-lə yayım üzrə baş mütəxəssisi Qospi Seymanı maraqlandıran sualları cavablandırmışdır. Görüşdə radio yayımı ilə əlaqədar tezliklərdən səmərəli istifadə edilməsi ilə bağlı qarşılıqlı fikir mübadiləsi aparılmışdır.