EPRA-nın 29-cu Toplantısı keçiriləcək.

Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmovun televiziya və radio yayımı üzrə Avropanın nüfuzlu "EPRA" (European Platform of Regulatory Authorities) təşkilatının (Avropa Şurasına üzv dövlətlərin televiziya və radio yayımı üzrə tənzimləyici qurumlarının beynəlxalq təşkilatı) Estoniya Respublikasının paytaxtı Tallin şəhərində keçiriləcək 29-cu Toplantısında iştirak etmək üçün 07-08 may 2009-cu il tarixdə Estoniyaya səfəri gözlənilir.

Xatırladaq ki, "EPRA" (European Platform of Regulatory Authorities) təşkilatı 1995-ci ildə Maltada yaradılmışdır və təşkilatın yaradılmasında məqsəd ─ teleradio yayımı sahəsində tənzimləyici orqanlar arasında əməkdaşlığın genişləndirilməsi, qeyri-rəsmi müzakirələrin və fikir mübadiləsinin həyata keçirilməsi, milli və avropa teleradio yayımının tənzimlənməsinin ümumi problemləri barədə məlumat mübadiləsinin aparılması, teleradio yayımının tənzimlənməsinin hüquqi problemlərinin praktiki həllinin müzakirə edilməsi və bu sahəyə aid olan müxtəlif mövzuların geniş müzakirəsi üçün açıq platformanın təmin edilməsindən ibarətdir. 

Hal-hazırdak 42 Avropa dövlətindən 51 tənzimləyici orqan "EPRA" (European Platform of Regulatory Authorities) təşkilatına üzv qəbul edilmişdir. Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurası 24 oktyabr 2007-ci il tarixdən etibarən "EPRA" (European Platform of Regulatory Authorities) təşkilatının üzvüdür.