Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına daxil olan üzv dövlətlərin teleradio yayımı üzrə tənzimləyici qurumlarının toplantısı keçiriləcək.

25-26 iyun 2009-cu il tarixdə Antalyada Türkiyə Radio və Televiziya Üst Qurumunun təşkilatçılığı ilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına daxil olan üzv dövlətlərin teleradio yayımı üzrə tənzimləyici qurumlarının illik Toplantısının keçirilməsi planlaşdırılır. Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmovun tədbirdə iştirakı gözlənilir.