Şura sədri Nuşirəvan Məhərrəmovla Fransa Səfirliyinin mədəniyyət və əməkdaşlıq məsələləri üzrə attaşesi Lyuk Obri arasında görüş keçirilmişdir.

16 sentyabr 2009-cu il tarixdə Mili Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmovla Fransa Səfirliyinin mədəniyyət və əməkdaşlıq məsələləri üzrə attaşesi Lyuk Obri arasında görüş keçirilmişdir. Görüşdə Fransa radiosunun Azərbaycan Respublikasında yayımı üsulları barədə müzakirələr aparılmışdır. Şura sədri Lyuk Obrini maraqlandıran sualları cavablandırmışdır.