EPRA-nın 31-ci Toplantısı keçirilmişdir

Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov Azərbaycan Respublikasının üzvü olduğu televiziya və radio yayımı üzrə Avropanın nüfuzlu EPRA (European Platform of Regulatory Authorities) təşkilatının (Avropa Şurasına üzv dövlətlərin televiziya və radio yayımı üzrə tənzimləyici qurumlarının beynzlxalq təşkilat) 12-14 may 2010-cu il tarixdə İspaniyanın Barselona şəhərində keçirilmiş 31-ci sessiyasında iştirak etmişdir. Sessiyada televiziya və radio yayımında gizli reklam, uşaqların və yetkinlik yaşına çatmayanların qorunması, şikayətlər və sanksiyaların proseduru ilə bağlı məsələlər müzakirə olunmuşdur.