Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilmişdir.

22 oktyabr 2010-cu il tarixdə Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilmişdir. Şuranın 06 sentyabr tarixli qərarı ilə "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələblərinə uyğun olaraq ixtisaslaşdırılmış televiziya kanalının (mədəniyyət televiziya kanalının) açılması üçün Bakı və Abşeron ərazisində  televiziya üzrə 44-cü tezlik resursuna 07 sentyabr 2010-cu il tarixdən 07 oktyabr 2010-cu il tarixədək müsabiqə elan edilmişdir.

Müsabiqədə yalnız bir ilddiaçı - "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti iştirak etmişdir. Şura "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 15.5-ci və "Teleradio yayımı sahəsində xüsusi razılıq (lisenziya) üçün keçirilən müsabiqənin Qaydaları"nın 2.1.10-cu bəndinin tələblərini rəhbər tutaraq "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətini müsabiqənin qalibi elan etmişdir.