Milli Televiziya və Radio Şurası müsabiqənin qalibini elan etmişdir

18 yanvar 2011-ci il tarixdə Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilmişdir.

İclasda 25 noyabr 2010-cu il tarixdən 25 dekabr 2010-cu il tarixədək ümumrespublika radio yayımı üçün Bakı şəhəri və Abşeron yarımadasında 103.3 MHs işçi tezlik resursuna elan edilmiş müsabiqənin nəticələrinə baxılmışdır. Müsabiqədə iştirak etmiş üç iddiaçı arasından "Golden Prince" MMC ("Azad Xəbər" radiosu) müsabiqənin qalibi elan edilmişdir.