Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilmişdir.

17 mart 2011-ci il tarixdə Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilmişdir. İclasda 2005-ci ildə teleradio yayımı üçün xüsusi razılıq (lisenziya) almış fiziki və hüquqi şəxslərin 2011-ci ildə xüsusi razılıq (lisenziya) müddətinin bitməsi barədə məsələyə baxılmış və bununla bağlı qarşıda duran vəzifələr müzakirə edilmişdir.

İclasda, həmçinin, Milli Televiziya və Radio Şurasının Aparatının Ekspertiza, proqramlaşdırma və analitik şöbəsi tərəfindən aparılmış teleradio yayımçılarının monitorinqlərinin nəticələrinə baxılmış, rəqəmsal yayıma keçidlə əlaqədar qarşıda duran vəzifələr müzakirə edilmişdir.