Şura sədri EPRA-nın 35-ci Toplantısında iştirak etmişdir.

Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədri Nuşiravan Məhərrəmov və Şura aparatının Hüquq və beynəlxalq əlaqələr şöbəsinin məsləhtəçisi Fazil Novruzov 2012-ci il 30 may-01 iyun tarixlərində Sloveniyanın Portoroj şəhərində Tənzimləyici Orqanların Avropa Platformasının (EPRA) 35-ci toplantısında iştirak etmişdir.

İclasda "Yeni media və Tənzimlənmə", "Kommersiya kommunikasiyalarının gələcəyi: bazar və tənzimləmənin inkişafı" mövzusunda plenar sessiyalar keçirilmişdir. Həmçinin EPRA internet səhifəsinin yeni modeli ilə bağlı bəzi yeniliklər təqdim olunmuşdur. İclasın sonunda 2012-ci ilin noyabrında İsrailin Yerusəlim şəhərində keçiriləcək 36-cı iclasda müzakirəyə çıxarılacaq məsələlər müəyyən olunmuşdur.