Şura sədri Nuşirəvan Məhərrəmov EPRA-nın 37-ci Toplantısında iştirak etmişdir.

Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədri Nuşiravan Məhərrəmov və Şura aparatının Hüquq və beynəlxalq əlaqələr şöbəsinin aparıcı məsləhtəçisi Fazil Novruzov 2013-cü il 8-12 may tarixlərində Polşa Respublikasının Krakov şəhərində Tənzimləyici Orqanların Avropa Platformasının (EPRA) 37-ci iclasında iştirak etmişdir.

İclasda "Televiziya və internetin əlaqəli mühitində azyaşlıların müdafiəsi", "Televiziya və internetin əlaqəli mühitində ictimai yayım mediası" mövzusunda plenar sessiyalar keçirilmişdir. Həmçinin ayrı-ayrı işçi qruplarda "Siyasi kommunikasiyalar", "Yerli və icma mediası", "Fiziki və ya əqli qüsurlu əhalinin mediaya çıxışı" mövzülarında müzakirələr aparılmışdır.

Iclasda EPRA-nın İdarə Heyətinə seçkilər keçirilmişdir. İdarə Heyətinin 5 üzvündən dördü yenidən seçilmiş və onlara Bosniya və Herzegovinanı təmsil edən yeni bir üzv qatılmışdır. EPRA-nın Sədri Jan-Fransua Furnemont da həmçinin yenidən daha 2 il müddətinə sədr seçilmişdir.

İclasın sonunda 2013-ci ilin oktyabrında Litvanın Vilnüs şəhərində keçiriləcək 38-ci iclasda müzakirəyə çıxarılacaq məsələlər müəyyən olunmuşdur.