Milli Televiziya və Radio Şurası Zaqatalada yayım aparan "Aygun TV"-ni yoxlayacaq.

11 dekabr 2013-cü il tarixdə Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilmişdir. İclasda regional televiziya yayımçısı olan "Aygün Müstəqil Televiziya və Radio Kompaniyası"nın (Zaqatala şəhəri) televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətinə baxılmışdır.

"Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 22.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə xüsusi razılıq (lisenziya) müddətinin uzadılması üçün müraciət edilməməsinə və zəruri olan sənədlərin vaxtında və tam təqdim olunmamasına görə televiziyanın fəaliyyətinin araşdırılması məqsədilə "Aygün Müstəqil Televiziya və Radio Kompaniyası"nın xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətinə baxılması təxirə salınmışdır.