Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilmişdir.

10 fevral 2014-cü il tarixdə Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilmişdir. İclasda "İctimai Televiziya və Radio Yayımları Şirkəti" və "Space Müstəqil Teleradio Şirkəti" tərəfindən "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması faktı üzrə inzibati icraata dair işə baxılmışdır.

Milli Televiziya və Radio Şurasının qərarına əsasən "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 35.2, 35.7, 35.8-ci maddələrinin tələblərini pozduğuna görə "İctimai Televiziya və Radio Yayımları Şirkəti"nə, "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 35.7-ci maddəsinin tələblərini pozduğuna görə isə "Space Müstəqil Teleradio Şirkəti"nə xəbərdarlıq elan edilmişdir.