Bakıda Qara Dəniz Yayım Tənzimləyici Orqanların Forumunun (BRAF) 5-ci Toplantısı keçirilmişdir.

10 sentyabr 2014-cü il tarixdə Bakıda "Park İnn" otelinin "Dan Ulduzu" konfrans zalında Qara Dəniz Yayım Tənzimləyici Orqanların Forumunun (BRAF) 5-ci Toplantısı keçirilmişdir. 

Toplantıda media maarifləndirilməsi mövzusunda fikir mübadiləsi aparılmış, növbəti illik Toplantının mövzusu müəyyənləşdirilmişdir. 

Toplantıda, həmçinin, BRAF Baş Katibliyi tərəfindən üzv dövlətlərin teleradio yayımı sahəsində mövcud vəziyyətinin, üzv dövlətlərin illik toplantılarda nəzərdə tutulan təqdimatlarının əks olunduğu məcmuənin nəşr edilməsi qərara alınmışdır. Eyni zamanda BRAF-ın BSEC-in (Black Sea Economic Cooperation - Qara Dəniz ölkələrinin İqtisadi Əməkdaşlıq Təçkilatı) institusional qurumu olması üçün BSEC-ə müraciət edilməsi barədə razılıq əldə edilmişdir.