Milli Televiziya və Radio Şurasında kabel şəbəkəsi yayımçılarının rəhbərləri ilə görüş keçirilmişdir.

23 iyul 2015-ci il tarixdə Milli Televiziya və Radio Şurasında Azərbaycan Respublikasında fəaliyyət göstərən kabel şəbəkəsi yayımçılarının rəhbərləri ilə görüş keçirilmişdir.

Görüşdə kabel şəbəkəsi yayımı sahəsində olan mövcud vəziyyət müzakirə olunmuş, yeni tikililərdə, hotellərdə qanunsuz kabel şəbəkəsi yayımına qarşı effektiv mübarizə tədbirlərinin həyata keçirilməsinin zəruriliyi qeyd edilmişdir.

Həmçinin kabel şəbəkəsi yayımçıları tərəfindən bir sıra hallarda xüsusi razılığın (lisenziyanın) qayda və şərtlərinin pozulması, hər hansı hüquqi əsas olmadan xarici teleradio yayımçılarının proqramlarının qanunsuz retranslyasiyası hallarının da mövcudluğu xüsusi vurğulanmışdır. Kabel şəbəkəsi yayımı sahəsində bəzi tənzimləmə məsələlərinə Milli Televiziya və Radio Şurasının növbəti iclasında baxılması qərara alınmışdır.