Milli Televiziya və Radio Şurasında "İctimai Televiziya və Radio Yayımları Şirkəti"nin Yayım Şurasının iclası keçirilmişdir.

25 aprel 2017-ci il tarixdə Milli Televiziya və Radio Şurasında "İctimai Televiziya və Radio Yayımları Şirkəti"nin Yayım Şurasının iclası keçirilmişdir.

İclasda "İctimai Televiziya və Radio Yayımları Şirkəti"nin baş direktoru vəzifəsinə seçki keçirilmişdir. "İctimai televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 20.1.3, 21.1-ci maddələrinin tələblərinə uyğun olaraq "İctimai Televiziya və Radio Yayımları Şirkəti"nin Yayım Şurası tərəfindən Quliyev Cəmil Elşad oğlu 4 il müddətinə "İctimai Televiziya və Radio Yayımları Şirkəti"nin baş direktoru seçilmişdir.