Şura sədri Nuşirəvan Məhərrəmov Qətər Əmirliyinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Yusif bin Həsən əl-Sai ilə görüşmüşdür.

8 avqust 2017-cı il tarixdə Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov Qətər Əmirliyinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Yusif bin Həsən əl-Sai ilə görüşmüşdür.

Nuşirəvan Məhərrəmov Azərbaycan Respublikasında teleradio yayımı sahəsində mövcud vəziyyət barədə qonağa ətraflı məlumat vermişdir. Görüşdə media ilə bağlı məsələlər müzakirə olunmuş və bu sahədə əməkdaşlıq barədə geniş fikir mübadiləsi aparılmışdır.