Milli Televiziya və Radio Şurası "Real TV"-yə peyk yayımı üçün lisenziya verdi.

05 mart 2018-ci il tarixdə Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilmişdir. İclasda "Real Təhlil İnformasiya Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinin peyk yayımı üçün lisenziya verilməsi barədə müraciətinə baxılmışdır.

Milli Televiziya və Radio Şurasının qərarına əsasən "Real Təhlil İnformasiya Mərkəzi" MMC-nə ixtisaslaşmış (xəbər) kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya verilmişdir.