Milli Televiziya və Radio Şurası ATV kanalına xəbərdarlıq elan etmişdir.

10 iyul 2018-ci il tarixdə Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilmişdir.

İclasda "ATV" kanalı tərəfindən "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması faktı müzakirə edilmişdir. "ATV" kanalında həftə içi saat 10:00-12:00 arası yayımlanan, Yusif Ağayevin aparıcılıq etdiyi "10-dan sonra" verilişinin 09.07.2018-ci il tarixli buraxılışında ədəbsiz ifadələrdən, sözlərdən istifadə olunduğuna görə "Azad Azərbaycan Müstəqil Tele-radio Kompaniyası"na xəbərdarlıq elan edilmişdir.