Milli Televiziya və Radio Şurasında televiziya və prodakşn rəhbərlərinin iştirakı ilə görüş keçirilmişdir.

6 mart 2019-cu il tarixdə Milli Televiziya və Radio Şurasında televiziya və prodakşn rəhbərlərinin iştirakı ilə görüş keçirilmişdir.

Görüşdə Azərbaycan teleməkanında yayımlanan serialların mövcud vəziyyəti - seriallardakı qeyri-peşəkar aktyorların iştirakı, ssenari mövzusu, texniki çatışmazlıqlar, Azərbaycanın ailə dəyərlərinə uyğun olmayan mövzular, bayağı, qeyri-etik ifadələrin işlədilməsi və s. məsələlər geniş müzakirə edilmişdır.

Görüşdə həmçinin seriallarla bağlı aparılmış monitorinqlərin nəticələri açıqlanmış, onların təhlili diqqətə çatdırılmışdır.