Yeni ümumrespublika xəbər televiziya kanalının açılması ilə bağlı elan edilmiş müsabiqəyə sənəd qəbulu başa çatmışdır.

Milli Tеlеviziya və Radiо Şurasının (MTRŞ) yeni ümumrespublika xəbər televiziya kanalının açılması ilə bağlı elan etdiyi müsabiqəyə sənəd qəbulunun vaxtı başa çatmışdır.

Martın 11-dən aprelin 11-dək elan edilmiş müsabiqədə iştirak etmək üçün 3 iddiaçı - "Real Təhlil İnformasiya Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti, "TV Media Azərbaycan" Məhdud Məsuliyyətli Cəmiyyəti və "RTV" Məhdud Məsuliyyətli Cəmiyyəti tələb olunan sənədləri Milli Tеlеviziya və Radiо Şurasına təqdim etmişdir. Müsabiqənin nəticələrinə Şuranın iclasında baxılacaqdır.