Онлайн поддержка

Salam. Yeni veriliş layihesini dunya tv də heyata kecirmek üçün ne edə bilerem? İnsanlara bu gunlerde istirahet etmelerinə kömek olacaq və efirlerde geden musiqi proqramlarından fərqli olaraq daha dinləndirici və daha gözəl mahnıların seslendirileceyi bir musiqi prqramı yaratmaq isteyirem və bunun ucun sizdən vaxt almaq istəyirəm. Bunun ucun kime və necə muraciet ede bilerem? Sag olun indiden tesekkurler.

Salam!

Bu məsələ ilə bağlı birbaşa olaraq proqramın yayımlanmasını istədiyiniz kanala müraciət edə bilərsiniz. Milli Televiziya və Radio Şurasının kanalların yaradıcı işlərinə müdaxilə etmək səlahiyyəti yoxdur.

Hörmətlə,

Fazil Novruzov

Sədrin köməkçisi

 

Abşeron r-nu Məhəmmədi kəndi Yeni Bakı Yaşayış kompleksi televiziya yayınında 2-3 saatlıq fasilələr olur Demək olsun ki hər gün Connect TV rəhbərliyinə bu barədə iradlarınızı bildirin Mən irad bildirirəm Amma nəticəsi yoxdur

Salam.

Kabel şəbəkə operatorlarının abunəçilərinə göstərdikləri xidmətlər operator ilə abunəçi arasında bağlanan müqavilə ilə nizamlanır. Qanunvericiliyə uyğun olaraq hər hansı bir tərəfin müqavilənin şərtlərinə əməl etməməsi digər tərəfin məhkəmə qarşısında iddia qaldırmasına əsas verir. Milli Televiziya və Radio Şurasının yayımçı ilə onun xidmət göstərdiyi abonent arasında olan münasibətlərə müdaxilə etmək səlahiyyəti yoxdur.

Sizə məhkəməyə müraciət etməyi tövsiyə edirik.

 

Hörmətlə,

Fazil Novruzov

Sədrin köməkçisi

Salam. Sabirabad rayonunda 103,5 fm dalgasında səslənən radionun dalğası zəif olduğu üçün erməni radio dalğası tezliyə girir. Xahiş edirəm bunu düzəldəsiz. Bu mənfurların dalğasını eşitməyək.

Lerik Radio-Televiziya Yayım Stansiyasından 103,5 MHz tezliyində Araz FM radio kanalı yayımlanır. Həmin siqnal Sabirabad rayonu ərazisinə çox zəifləyərək çatır. Sabirabad rayonu ərazisində əsasən “Gülüstan” Radio-Televiziya Yayım Stansiyasından yayımlanan radio kanalları aydın dinləmək mümükndür. Həmin stansiyadan Araz FM radio kanalı 98,0 MHz tezliyində yayımlanır.

Lerik Radio-Televiziya Yayım Stansiyasından 103,5 MHz tezliyində Araz FM radio proqramının yayımı Sabirabad r-nu üçün nəzərdə tutulmamışdır.

Salam. 012 525 05 03 telefona online necə ödəniş etmək olar?

Salam. Bu məsələ ilə bağlı provayderiniz ilə əlaqə saxlayın.

Hər vaxtınız xeyirli olsun! Yeni radio ilə bağlı (102 FM) ətraflı məlumat verə bilərsiniz? Kastinqdə iştirak etmək üçün hansı sənədlər lazımdır və radionun özü nə dildə olacaq?

Salam. Yeni radio kanalın açılması ilə bağlı MÜSABİQƏ ELANında bütün məlumatkları ala bilərsiniz. Şuranın rəsmi internet səhifəsində həmin müsabiqə elanı yerləşdirilmişdir.

Salam, elektronik musiqi boşluğunu nezere alıb bu janrda radiokanal aça bilerikmi? Ve musabiqede lazım olan senedler hansılardır?

Salam. Yeni radio kanalın açılması ilə bağlı Milli Televiziya və Radio Şurası 12 noyabr 2019-cu il tarixdən 12 dekabr 2019-cu il tarixədək MÜSABİQƏ elan etmişdir. Bu elanla və müsabiqə şərtləri ilə Şuranın rəsmi internet səhifəsindən tanış ola bilərsiniz.

Salam. Gördüyüm qədərilə Şura Aparatının Hüquq və beynəlxalq əlaqələr şöbəsinda Baş məsləhətçi (hüquq məsələləri üzrə) vakant yer var. Necə müraciət edə bilərəm?

Salam!

O məlumat köhnə olduğundan artıq saytdan silinmişdir. 

Ümumiyyətlə isə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən Milli Televiziya və Radio Şurasının aparatı 2-ci kateqoriya dövlət orqanıdır. Həmin Qanunun 11.1.6-cı maddəsinə əsasən  2-ci kateqoriya dövlət orqanlarının mütəxəssislərinin vəzifələri  inzibati vəzifələrin beşinci təsnifatına aid olunur. Həmçinin, Qanunun 28.1-ci maddəsinə əsasən  dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir.

Qeyd olunanları nəzərə alaraq, Milli Televiziya və Radio Şurasının aparatında işə qəbul olunmaq üçün Dövlət İmtahan Mərkəzinə müraciət edə bilərsiniz.

Salam, yeni FM achmaq ucun xara muraciet etmek lazimdi? Qabaqcadan teshekurler.

Bildiririk ki, «Televiziya və radio yayımı haqqında» Azərbaycan Respublikası Qanununun 14.1.-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində teleradio yayımı bu Qanuna uyğun olaraq verilən xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsaən yayım üçün xüsusi razılıq (lisenziya), dövlət və ictimai teleradio yayımı istisna olmaqla, müsabiqə əsasında verilir. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən  müsabiqənin qayda və şərtləri müsabiqədə iştirak etmək barədə ərizələrin qəbul müddətinin başa çatmasından ən azı bir ay əvvəl rəsmi mətbuat orqanında dərc edilir.

Sizin Televiziya kanalnizda işləmək istəyirəm

Bildiririk ki, «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun  28.1-ci maddəsinə uyğun olaraq Dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir.  Həmin Qanunun  28.2-ci maddəsinə əsasən  Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq inzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün ayda bir dəfədən az olmayaraq test imtahanları təşkil edir. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, dövlət qulluğuna qəbulla əlaqədar Dövlət İmtahan Mərkəzinə müraciət etməlisiniz. Həmçinin bildiririk ki, teleradio yayımçılarında işçilərin işə qəbulu və işdən azad edilməsi teleradio yayımçılarının rəhbərliyi tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq  həyata keçirilir. 

Reklam haqqnda qanunua 27.1.9. maadəsinə əsasənTeleradio proqramlarında (verilişlərində) tündlüyü 5 faizdən yuxarı olan alkoqollu içkilərin reklamının saat 7.00-dan 23.00-dək yayımlanması qadağandır. Sulaım belədir: Tündlüyü 5 faizdən aşağı olan alkoqollu içkilərin (məsələn pivələrin) teleradio proqramlarında (verilişlərində) dini, uşaq verlişlərində və s. yerləşdirilməsi istisna olmaqla reklamına məhdudiyyət varmı?

Bildiririk ki, “Reklam haqqında” Azərbaycan Respublikasının 15 may 2015-ci il tarixli, 1281-IVQ nömrəli Qanununda nəzərdə tutulmuş aşağıdakı məhdiyyətlərdən əlavə tündlüyü 5 faizdən az olan alkoqollu içkilərin reklamında məhdudiyət nəzərdə tutulmamışdır:

13.3. Tündlüyü 5 faizdən çox olan alkoqollu içkilərin istehsalı və (və ya) satışı ilə məşğul olan şəxslər bu Qanunun 27.1.9-cu maddəsində göstərilən vaxt məhdudiyyəti nəzərə alınmaqla sponsor qismində göstərilə bilər.

15.3. Əmtəə satışını stimullaşdıran tədbirlərdə müəyyən əmtəəni satın alana hədiyyə qismində tündlüyü 5 faizdən yuxarı olan alkoqollu içkilər, tütün və tütün məmulatları təklif oluna bilməz.

15.4. Tündlüyü 5 faizdən yuxarı olan alkoqollu içkiləri, tütün və tütün məmulatlarını alanlara hədiyyə qismində başqa əmtəələrin təklifi qadağandır.

26.7. Tündlüyü 5 faizdən yuxarı olan alkoqollu içkilərin reklamının açıq məkanda yerləşdirilməsi qadağandır.

27.1. Alkoqollu içkilərin reklamında aşağıdakılar qadağandır:

27.1.4. tündlük dərəcəsi yüksəldikcə, alkoqollu içkilərin keyfiyyətinin yüksəlməsi barədə fikir yaradılması, onların susuzluğu yatırmaq vasitəsi kimi təqdim edilməsi;

27.1.9. Teleradio proqramlarında (verilişlərində) tündlüyü 5 faizdən yuxarı olan alkoqollu içkilərin reklamının saat 7.00-dan 23.00-dək yayımlanması.

27.2. Aşağıdakı reklam daşıyıcılarında alkoqollu içkilərin reklamı yerləşdirilə bilməz:

27.2.1. tündlüyü 5 faizdən yuxarı olan alkoqollu içkilərin dövri mətbu nəşrin üz və arxa qabığında, internet informasiya ehtiyatlarının ön səhifəsində;

27.2.3. telekommunikasiya qurğularında (tündlüyü 5 faizdən yuxarı olan alkoqollu içkilərin);

27.3. Tündlüyü 5 faizdən yuxarı olan alkoqollu içkilərin reklamı ondan həddən artıq istifadənin sağlamlıq üçün zərərli olması barədə xəbərdarlıqla müşayiət olunmalıdır. Bu xəbərdarlığa reklam sahəsinin 10 faizindən az olmayaraq yer ayrılmalıdır.

Топ ^